Çərşənbə axşamı, 30 Dekabr 2014 00:00
Rezidentlər üçün Təməl Cərrahi Bacarıqlar üzrə kurs keçirildi
29-30 dekabr 2014 tarixində I cərrahi xəstəliklər kafedrasının təşəbbüsü ilə Tədris Cərrahi Klinikanın Təlim-Treyninq Mərkəzində I və II il rezidentləri üçün Təməl Cərrahi Bacarıqlar I adlı kurs keçirilmişdir. Kurs zamanı rezidentlər mikroblardan qorunma bacarıqları, cərrahi alətlərlə işləmək bacarığı, cərrahi düyünlərin vurulması bacarığı, kəsiklərin aparılması və dəriyə tikişlərin qoyulması bacarıqlarına yiyələnmişdirlər. Kursun sonunda tədrisin təkmilləşdirilməsi üçün anonim sorğu aparılmışdır.
