Doktor Rudolf Krause ölkəmizdə fəaliyyətinin başa çatması ilə əlaqədar I cərrahi xəstəliklər kafedrasında sonuncu mühazirəsini təqdm etdi. Mühazirə cərrahi onkologiyanın prinsiplərinə həsr olunmuşdur. Mühazirədə Tədris Cərrahi Klinikanın rəhbərliyi və başqa cərrahi kafedraların müəllimləri də iştirak etmişdirlər. Mühazirədən sonra I cərrahi xəstəliklər kafedrasının müdiri professor Nuru Bayramov 1.5 ildən çox davam etmiş əməkdaşlığa görə dokror Krause-yə kafedra adından təşəkkürünü bildirdi, rəsmi təşəkkür məktubu və suvenir hədiyyəni təqdim etdi.
